Axtarışda olan oğru Azərbaycana girmək istədi
Sərhədçilər sərhəd pozucularını saxlayıblar.
DSX mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 17 oktyabr 2019-cu il tarixində Qax rayonu Üzümlü kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan vətəndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.
İlkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan Respublikasının DİN tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəyyənləşdirilib.
Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələkən AR vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
804