Bakıda axtarışda olan 3 nəfər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının və keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə axtarışda olan 1979-cu il təvəllüdlü Əli Qəribov və 1976-cı il təvəllüdlü Yeganə Hüseynova saxlanılaraq, bölməyə aparılıb.
Onu da əlavə edək ki, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan 1986-cı il təvəllüdlü Abidin Babayev saxlanılıb.