Axtarışda olan Türk və Azərbaycan vətəndaşları ələ keçdi.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Elşad Məmmədov tutulub.
Bundan başqa, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə Cinayət Məcəlləsinin 19.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Türkiyə vətəndaşı Hikmet Kaynar da ələ keçib.