AXCP üzvünə 6 il həbs
0
0
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən AXCP üzvü Elvin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Elvin Abdullazadə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, keçən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Elvin Abdullayev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham olunur.
0
0