AXCP üzvü həbs edilib
26 noyabr 2014 15:44 (UTC +04:00)

AXCP üzvü həbs edilib

0

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusifli həbs edilib.

 

Bu barədə APA-ya AXCP sədrinin müşaviri Məmməd İbrahim məlumat verib.

 

O qeyd edib ki, A. Yusifli Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri saxtalaşdırma) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

 

Bu gün Nərimanov Rayon Məhkəməsində A. Yusifli təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 644

Oxşar yazılar