Avtovağzalda siqaret və şirniyyat oğrusu tutulub
30 iyun 2014 11:13 (UTC +04:00)

Avtovağzalda siqaret və şirniyyat oğrusu tutulub

0

Bakı Beynəlxalq Avtovağzalda yerləşən mağazada oğurluq hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə yerindən pəncərəni açmaqla 50 manat, tütün məmulatları, danışıq kartları və şirniyyatlar oğurlanıb.

 

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvin Quliyev tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 685

Oxşar yazılar