Avtomobillərdən 10 min manatdan çox oğurluq edən şəxs tutuldu
03 iyun 2019 17:13 (UTC +04:00)

Avtomobillərdən 10 min manatdan çox oğurluq edən şəxs tutuldu

0
Sumqayıt şəhərində silsilə oğurluqlar edən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın 16-da şəhər ərazisində “Toyota” markalı avtomobildən 1200 manat və 2650 ABŞ dolları oğurlamaqda şübhəli bilinən  Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Abbasov saxlanılıb.
 
Ətrafında aparılan tədbirlərlə onun daha 2 avtomobildən ümumilikdə 4300 manat oğurlaması da müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 642

Oxşar yazılar