Avtomobilin yanacaq çənindən 15 telefon tapıldı
31 may 2017 17:58 (UTC +04:00)

Avtomobilin yanacaq çənindən 15 telefon tapıldı

0

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz C230" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Yoxlama zamanı avtomobilin yanacaq çəninin içində xüsusi düzəldilən saxlanc yerindən 15 ədəd "Samsung J1 Prime" markalı mobil telefonlar, mobil telefonlar üçün nəzərdə tutulan 13 ədəd qidalandırıcı başlıq, 25 ədəd qulaqcıq, 42 ədəd qutu aşkar edilib.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar