Avtomobil yolu keçən nənə və nəvəni vurub
27 aprel 2015 13:44 (UTC +04:00)

Avtomobil yolu keçən nənə və nəvəni vurub

 

Sumqayıtda nənə və nəvəni vuran sürücü hadisə yerində qaçıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 25-də saat 21 radələrində Sumqayıt şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakinləri Şərafət Zeynalova və onun nəvəsi Ramal Tahirov vurulub. R.Tahirov hadisə yerində ölüb, Ş. Zeynalova xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2106” markalı avtomobilin sürücüsü - şəhər sakini Fərhad Muradi tutulub.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar