Göygöldə yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Göygöl şəhərində avtomobil təmiri sexinin ərazisində təmirə dayanmış vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilində qaynaq işləri aparılan zaman yük hissəsi və arxa sağ təkəri yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.