
Avtomobil qaçıran şəxs tapıldı
0
0
Yasamalda avtomobil qaçıran şəxs saxlanılıb.
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Hacıyev aprelin 29-da gecə saatlarında Talıblı küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs R.Rüstəmov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Abşeron rayon sakini A.Rüstəmov olduğu müəyyən edilib.
Araşdırma aparılır.
0
0