Yanvarın 22-də 202 saylı xətt avtobusunda Bakı şəhər sakini Nizami Quliyevin cibindən 75 manat və sənəd oğurlanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik edən Şərur rayon sakini Orxan Rzayev tutulub. Ondan 6,13 qram marixuana götürülüb.