ATƏT təmas xəttində növbəti monitorinq keçirəcək
25 aprel 2015 11:03 (UTC +04:00)

ATƏT təmas xəttində növbəti monitorinq keçirəcək

0

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 27-də  Goranboy rayonunun Zeyvə kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Lent.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi xəbər yayıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar