ATƏT Parlament Assambleyasının (PA) büdcəsində kəsir aşkar olunub. APA-nın məlumatına görə, bunu ATƏT PA-nın Daimi Komitəsinin Bakıda keçirilən iclasında qurumun baş katibi Spenser Oliver təşkilatın illik hesabatını şərh edərkən bildirib.
O qeyd edib ki, 2014-cü ilin büdcəsində cəmi 1,5 faiz artım olsa da, bu yetərli deyil: “Büdcə məsələsinə biz artıq ciddi yanaşmalıyıq. Çünki qarşıya elə planları həyata keçirməyi qoymuşuq ki, hazırkı büdcə vəziyyətimiz buna qəti uyğun deyil. Ona görə də üzv ölkələrə müraciət edirik ki, büdcə ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri məsuliyyətlə yerinə yetirsinlər. Əks halda, ciddi çətinliklər olacaq”.