[b]"Bu, dezinformasiyadır" -[/b] Müdafiə Nazirliyi
31 avqust 2017 14:27 (UTC +04:00)

[b]"Bu, dezinformasiyadır" -[/b] Müdafiə Nazirliyi

0

 

Müdafiə Nazirliyi monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki,  Ermənistan tərəfinin yaydığı bu məlumat yalan və dezinformasiyadır: “Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri də atəşkəs rejiminin pozulması faktını qeydə almayıblar”.

 

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib.

 

MN-dən bildirilib ki, monitorinq insidentsiz başa çatıb.

 

 

***

 

 

14:05

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib.

 

Lent.az-ın məlumatına görə, monitorinq insidentsiz başa çatıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar