Atəşkəs 44 dəfə pozulub - YENİLƏNİB
18 iyun 2014 10:26 (UTC +04:00)

Atəşkəs 44 dəfə pozulub - YENİLƏNİB

0

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində Silahlı Qüvvələrimizin mövqeləri erməni silahlı qüvvələri tərəfindən 44 dəfə atəşə tutulub. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

 

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Cəvahirli, Şıxlar, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
 

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 583

Oxşar yazılar