Atəşkəs 41 dəfə pozulub
20 iyun 2014 10:17 (UTC +04:00)

Atəşkəs 41 dəfə pozulub

0

Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində 41 dəfə Siılahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

 

Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
 

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 589

Oxşar yazılar