Göygöldə bədbəxt hadisə baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Şəhriyar kənd sakini, 1992-ci il təvəllüdlü Rahib Ellazov sol ayağının sınığı xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə R. Ellazov yaşadığı kənddə atdan yıxılaraq xəsarət alıb.