Atdan yıxılan 3 uşaq atasının faciəvi ölümü
Bərdə sakini atdan yıxılaraq ölüb.
Belə ki, rayonun Cəyirli kənd sakini 1984-cü il təvəlüldlü Nəbiyev Əlizamin Çingiz oğlu Samux kəndində at sürərkən yıxılıb və xəsarətlərdən yerindəcə ölüb. Bu barədə ilk xəbəri trend verib.
Nəbiyev Əlizamin kənddə çobanlıq edirmiş.
Bunu Lent.az-a Bərdə rayon Cəyirli kənd bələdiyyə sədri Əkbər Əliyev deyib. Sədr 35 yaşlı mərhumun ailəli və 3 uşağı olduğunu da qeyd edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
794