Ata və oğul bıçaqlandı: qohumların davasının <span style="color:red;">TƏFƏRRÜATI
30 sentyabr 2019 15:07 (UTC +04:00)

Ata və oğul bıçaqlandı: qohumların davasının TƏFƏRRÜATI

Binəqədidəki bıçaqlanma hadisəsilə bağlı yeni təfərrüatlar məlum olub.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, saxlanılan şəxs Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan Aqşin Quliyev əvvəlcə evində tanışı olan şəhər sakini İlham Həşimovu bıçaqla qətlə yetirib. Sonra Binəqədi rayonunda yaşayan qohumu Füzuli Şirinovun evinə gələrək orada ona və oğluna bıçaqla xəsarət yetirib.
 
Xəstəxanaya yerləşdirilən F.Şirinovun vəziyyəti ağırdır, Elçinə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Binəqədi rayon Polis İdarədi və 4-cü Polis Şöbəsi əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Aqşin Quliyev saxlanılıb.
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Z.Qəmbərov küçəsində qeydə alınıb. Cəbrayıl rayon sakini, 51 yaşlı Aqşin Quliyev aralarında yaranmış münaqişə zəminində xalası nəvəsi, həmyaşıdı Füzuli Şirinovu döş qəfəsindən bıçaqlayıb. Hadisə nəticəsində F.Şirinovun oğlu, 20 yaşlı Elçin Şirinov da bıçaq yarası alıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində A.Quliyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915
avatar

Mehman Nəbiyev

Oxşar yazılar