Ata ilə azyaşlı qızını avtomobil vurdu  - <span style="color:red;">Güzdəkdə
23 iyun 2016 06:58 (UTC +04:00)

Ata ilə azyaşlı qızını avtomobil vurdu - Güzdəkdə

0

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, hadisə rayonun aşağı Güzdək qəsəbəsində qeydə alınıb.

 

Yolu keçmək istəyən 33 yaşlı Xəlil Qubadzadə və 2 yaşlı qızı Fizzə Qubadzadəni maşın vurub. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hər iki yaralı əməliyyat olunub. Həkimlər ata və qızının vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

 

Hadisə barədə məlumat alan polis araşdırmalara başlayıb. Hadisəni törədən sürücünün ifadəsi alınıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin olunub.  Araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar