Ata oğlunun evini yandırdı - YENİLƏNİB
28 iyun 2014 11:27 (UTC +04:00)

Ata oğlunun evini yandırdı - YENİLƏNİB

0

Şəkidə ata oğlunun yaşadığı evi yandırıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun  Baş Layısqı kəndinin Qumux qəsəbəsində, Rafiq İsa oğlu Xəlilovun yaşadığı, ümumi sahəsi 40 kv/m olan bir otaq və bir eyvandan ibarət kürsülü fərdi yaşayış evində  qeydə alınıb.

 

Yanğın baş verən əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki və Qax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ev içərisindəki əşyalarla birlikdə yanaraq kül olub.

 

Yanğınsöndürənlərin səyi nəticəsində evə bitişik altıaçıq və həyətyanı sahədə olan digər yaşayış evi yanğından mühafizə olunub.

 

Rafiq Xəlilovun və qonşularının  APA-ya verdiyi məlumata görə, yanan ev sənədlə Rafiq Xəlilovun atası 61 yaşlı İsa Xəlilova məxsusdur. Rafiq Xəlilovun dediyinə görə, evi elə onun atası İsa Xəlilov yandırıb. Hadisənin isə ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsi və FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1818

Oxşar yazılar