Ata həbsxanadakı oğluna kətənin içində telefon ötürmək istədi
10 iyul 2014 16:18 (UTC +04:00)

Ata həbsxanadakı oğluna kətənin içində telefon ötürmək istədi

0

Azərbaycanda həbsxanalara qadağan olunmuş əşya və dərman preparatlarının keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan şəxs Samir Xanbala oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş atası Xanbala Hacıbala oğlu İsmayılovun gətirdiyi sovqata baxış keçirilib. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində X.İsmayılovun üzərində “Rulet klubnika” sözləri yazılmış kətənin içərisində gizlədilmiş 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

 

7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, CM-nin 228.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rauf Arif oğlu Nadirovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Tofiq Arif oğlu Nadirovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində, tort şirniyyatının içərisində gizlədilmiş, ağ sellofana bükülmüş 25 ədəd ağ rəngli və 24 ədəd narıncı rəngli dərman həbləri aşkar edilərək götürülüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1500

Oxşar yazılar