Arif Vəliyev II Fəxri xiyabanda dəfn olundu - <span style="color:red;">YENİLƏNİB
23 iyun 2014 18:13 (UTC +04:00)

Arif Vəliyev II Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB

0
Bu gecə dünyasını dəyişmiş Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev dəfn olunub.

 

"APA-Economics"in xəbərinə görə, A.Vəliyev ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.

 

***

14.58

Bu gecə dünyasını dəyişmiş Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyevlə vida mərasimi keçirilir.


 

"APA-Economics" xəbər verir ki, mərhumun Bakıda keçirilən yas mərasiminə onun yaxınları, DSK-nın əməkdaşları və hökumət nümayəndələri gəlirlər.

 

Komitə sədrinin müavini Yusif Yusifov jurnalistlərə bildirib ki, A.Vəliyevin ölümü hamı üçün gözlənilməz olub: "Arif Vəliyev bir il öncə Almaniyada müalicə olunmuşdu. O, çox mərd insan və peşəkar statistik idi. Ömrünün 53 ilini bu işə həsr edib. Bu, Azərbaycan ictimaiyyəti, Dövlət Statistika Komitəsi üçün böyük itkidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3113

Oxşar yazılar