<b>Aqrar inkişaf mərkəzləri yaradılacaq -</b> <span style="color:red;">FƏRMAN
01 avqust 2018 12:44 (UTC +04:00)

Aqrar inkişaf mərkəzləri yaradılacaq - FƏRMAN

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

 

Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, fərmanda qeyd olunur ki, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin istiqamətləndirilməsi məqsədi ilə nazirliyin rayon və şəhər idarələri əsasında dövlət aqrar inkişaf mərkəzləri yaradılacaq.

 

Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin əsasnaməsini təsdiq edəcək. Üstəlik  onların fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı müvafiq sistemin qurulmasını həyata keçirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Oxşar yazılar