Apellyasiya Məhkəməsinin sədri Hakimlərin Seçki Komitəsinin rəhbəri seçildi
21 may 2015 13:48 (UTC +04:00)

Apellyasiya Məhkəməsinin sədri Hakimlərin Seçki Komitəsinin rəhbəri seçildi

 

 

Məhkəmə-Hüquq Şurası (MHŞ) tərəfindən yüksək məhkəmə hakimlərindən, habelə Şuranın aparatı, ədliyyə, prokurorluq, Vəkillər Kollegiyasının nümayəndələrindən və hüquqşünas-alimdən ibarət tərkibdə yenidən formalaşdırılmış Hakimlərin Seçki Komitəsinin (HSK) ilk iclası keçirilib.

 

HSK-dən APA-ya verilən məlumata görə, MHŞ sədri, ədliyyə naziri Fikrət Məmmədov tədbirdə çıxış edib.

 

Komitənin fəaliyyət göstərdiyi 10 il ərzində hakimliyə namizədlərin Avropada mövcud olan ən şəffaf və obyektiv qaydalarla seçimi və tədrisinin təşkili sahəsində yaradılmış müsbət təcrübə qeyd edilib, nüfuzlu hüquq təsisatları, o cümlədən Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən Azərbaycanda hakimlərin seçimi prosesinin örnək kimi göstərilməsi, habelə Avropa Şurası və Avropa İttifaqı bu prosesi müsbət nümunə kimi digər üzv-dövlətlərə tövsiyə etməsi bildirilib.

 

Tədbirdə prezident İlham Əliyevin MHŞ və HSK-in fəaliyyətinə yüksək diqqət və qayğı göstərərək Şuranın və Komitənin işində fərqlənmiş şəxsləri fəxri ad və yüksək dövlət təltiflərinə layiq bilməsi dərin minnətdarlıqla vurğulanıb, bunun böyük məsuliyyət hissi yaratdığı, müstəqil məhkəmə hakimiyyətinin inkişafı naminə daha fədakarlıqla çalışmağa ruhlandırdığı bildirilib.

 

İclasın ikinci hissəsində HSK təşkilati məsələlərə baxıb, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev HSK sədri seçilib. İclasda eyni zamanda hakimliyə namizədlərin seçimi ilə bağlı məsələlər müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar