Antalyada Azərbaycan şəhidlərinə abidə qoyuldu
01 avqust 2018 14:51 (UTC +04:00)

Antalyada Azərbaycan şəhidlərinə abidə qoyuldu

 

Antalyada, Kəpəz bələdiyyəsində millət vəkili Qənirə Paşayevanın təklifi əsasında Azərbaycan şəhidləri abidəsinin açılışı olub.

Lent.az xəbər verir ki, Kəpəz bələdiyyə başçısı Hakan Tütünçü millət vəkili,  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, Antalya Qəzetçilər Cəmiyyəti başqanı Mövlud Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysalın Kəpəzdə Azərbaycan şəhidlərinin adını daşıyan bir abidənin açılması ilə bağlı təklifini yerinə yetirdiklərini  deyib. Qənirə Paşayeva bu abidənin açılmasının bugünkü və gələcək nəsillər üçün önəmi barədə geniş çıxış edib.

Millət vəkili Q.Paşayeva Kəpəz bələdiyyə başqanına bu həssaslığa görə təşəkkürünü bildirib. Bu addımın Türk dünyasının bütün bölgələri üçün örnək olduğunu deyib. 

Q.Paşayeva çıxışında Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Kəpəzi də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini deyib.

Kəpəz bələdiyyə başqanı Hakan Tütünçü   Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434
avatar

Oxşar yazılar