Anasını döyən qardaşını öldürdü - TƏFƏRRÜAT
23 oktyabr 2013 16:51 (UTC +04:00)

Anasını döyən qardaşını öldürdü - TƏFƏRRÜAT

Azərbaycanda qardaş qardaşını qətlə yetirib. Sumqayıt Şəhər Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb. Novxanıda bağ evlərindən birində yaşayan 35 yaşlı Rəşad Oqtay oğlu Seyfəddinov mübahisə zəminində qardaşı, 37 yaşlı Tamerlanı başından çəkiclə vuraraq öldürüb. İlkin məlumata görə, R. Seyfəddinov qardaşını anasını döydüyü üçün öldürüb.

 

Axşam evə gələn kiçik qardaş mərhum qardaşının anasının ünvanına nəlayiq sözlər işlətdiyinin şahidi olub. Sonra anasını döyməyə başlayıb, buna dözməyən Rəşad həyətdəki küt alətlə onun baş nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən Tamerlan hadisə yerində ölüb.

 

Faktla bağlı 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi acılıb. Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R. Seyfəddinov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073
avatar

Oxşar yazılar