Cəzaçəkmə müəssissəsinə telefon keçirilməsi cəhdinmin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirliyi Penitensiar xidmətin saytına istinadən məlumatına görə, 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilən məhkum Zamanova Gülşən Rauf qızını yanına qısamüddətli görüşə gələn anası, Bakı şəhəri sakini Zamanova Xurşud Böyük qızı görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı qara rəngli əl çantasının içərisindən 1 ədəd “Nokia” markalı və daxilində 1 ədəd “Sim” danışıq kartı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır
Ana həbsdəki qızına telefon gətirdi
643