Amaliya Pənahova üçün “Qadın oyunları” hazırlanır
24 iyun 2014 15:00 (UTC +04:00)

Amaliya Pənahova üçün “Qadın oyunları” hazırlanır

Rejissor Kşiştof Zanussi Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Amaliya Pənahovanın səhnə fəaliyyətinin 50 illiyi münasibətilə “Qadın oyunları” tamaşasını hazırlayıb.

 

Bakı Bələdiyyə Teatrından APA-ya verilən məlumata görə, tamaşanın premyerası Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində olub.

 

Kşiştof Zanussi və Edvard Jebrovskinin pyesi əsasında hazırlanmış tamaşanın prodüserləri Aqil M.Quliyev və Tomaş Leşinskidir.

 

Tamaşada baş rolu xalq artisti Amaliya Pənahova oynayıb. Digər rollarda əməkdar artist Səmayə Sadıqova, aktyorlardan Tural Ağayev və Zülfiyyə Məmmədova çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 884
avatar

Oxşar yazılar