Alov qüllələrində oğurluq hadisəsi
13 iyul 2014 18:02 (UTC +04:00)

Alov qüllələrində oğurluq hadisəsi

0

Bakının simvollarından birinə çevrilən "Alov Qüllələri" kompleksində oğurluq hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Parlament prospekti 2 ünvanında yerləşən kompleksin zirzəmisində elektriklərin otağından baş verib. Orada işləyən ustalardan biri Məmmədov Hicran Mövsüm oğlunun pulları və sənədləri oğurlanıb. H.Məmmədovun paltarının cibindən 700 manat pul və bəzi vacib sənədlər götürülüb.

 

Oğurluq əməli törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3317

Oxşar yazılar