Almaniya səfiri Marneuliyə gedib
29 yanvar 2016 04:21 (UTC +04:00)

Almaniya səfiri Marneuliyə gedib

Bu gün Almaniyanın Gürcüstandakı səfiri Bettina Kadenbax azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Marneuli rayon icra hakimiyyətindən bildirilib. Səfər çərçivəsində Almaniya səfiri Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili ilə görüşüb. Görüş çərçivəsində icra başçısı Almaniya səfirinə rayonda olan sosial-iqtisadi imkanlar barədə ətraflı məlumat verib.

 

Tərəflər rayonda turizmin inkişafı və əməkdaşlıq barədə müzakirələr aparıblar.

Almaniya səfiri söhbət zamanı rayon üçün lazım olan ehtiyac və problemlərin həllini tapmaq üçün Almaniyanın müvafiq nazirliklərinə məlumat verəcəyini və bölgəyə imkan dərəcəsində kömək edəcəyini qeyd edib.

 

Görüşdən sonra səfir azərbaycanlıların kompakt yaşadığı Qırıxlı kəndinə səfər edib və bu kənddə azərbaycanlı fermer Nihad Qurbanovun Almaniya İnkişaf Bankının krediti hesabına təşkil etdiyi təsərrüfata baxış keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280
avatar

Oxşar yazılar