Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Gürcüstana buraxılmayıb. Lent.az-ın xəbərinə görə, bu barədə musavat.com-a QAT-ın İdarə Heyətinin üzvü İlqar Əli məlumat verib. Türkiyədə Qarabağ Təbliğat Turu Çərçivəsində tədbirlərini başa vuraraq Azərbaycana dönən A.Nağının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə-Gürcüstan gömrük buraxılış məntəqəsində problemlə üzləşib.
Gürcü gömrükçülər nümayəndə heyətinin digər üzvlərini ölkə ərazisinə buraxsalar da, A.Nağı Gürcüstana buraxılmayıb və geri qaytarılıb. QAT sədrindən hələlik heç bir xəbər yoxdur.