Ağstafada VAZ aşdı, sürücü yaralandı
08 iyul 2018 22:13 (UTC +04:00)

Ağstafada VAZ aşdı, sürücü yaralandı

Ağstafa rayonunda yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə Eynallı kəndinə gedən yolda qeydə alınıb.

 

Qırlı kənd sakini, 1983-cü il təvəllüdlü Bayramov Xəyalın idarə etdiyi VAZ 21099 markalı avtomobil yolun kənarına aşıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294
avatar

Oxşar yazılar