Ağır qəzada yaralanan qadın 4 gün yaşadı
14 mart 2016 13:36 (UTC +04:00)

Ağır qəzada yaralanan qadın 4 gün yaşadı

0

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Ağsu rayon sakini xəstəxanada ölüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 9-da Şamaxı rayonunun Muğanlı kəndində Ağsu rayon sakinləri Namiq Musayevin idarə etdiyi “Mercedes” və Fazil Feyzullayevin idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Nəticədə N.Musayevin sərnişini, həmyerlisi Məleykə Qurbanova xəstəxanaya yerləşdirilmiş və martın 13-də orada ölüb.

 

Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar