Bu gün səhər saatlarında Ağdaş rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Ərəb kəndində vətəndaşa məxsus ümumi sahəsi 320 kv. m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin tavanı və dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.