Ağdaşda 22 yaşlı gənci ildırım vurub - YENİLƏNİB
12 iyun 2014 19:26 (UTC +04:00)

Ağdaşda 22 yaşlı gənci ildırım vurub - YENİLƏNİB

0

Ağdaşda ildırım vurması nəticəsində 1 nəfər dünyasını dəyişib.

 

Ağdaş rayon prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə dünən axşam saat 20:00 radələrində rayonun Qaradeyin kəndi ərazisində baş verib.

 

1992-ci il təvəllüdlü kənd sakini Mənsur Məhərrəm oğlu Hüseynovu at belində xırdabuynuzlu heyvanları otararkən ildırım vurub. Nəticədə M.Hüseynov hadisə yerində dünyasını dəyişib. Hadisə vaxtı 1 at və 1 quzu da tələf olub. Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, M.Hüseynov ailəli olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2140

Oxşar yazılar