Ağdamda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb - YENİLƏNİB
19 iyun 2014 10:37 (UTC +04:00)

Ağdamda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb - YENİLƏNİB

0
Ağdamda piyada naməlum avtomobil tərəfindən vurulub.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə iyunun 18-dən 19-na keçən gecə saat 00.00 radələrində rayonun İmamqulubəyli kəndində baş verib. 

 

Yolu keçmək istəyən şəxsi yüksək sürətlə vuran sürücü yaralını köməksiz vəziyyətdə qoyub hadisə yerindən qaçıb. Məlum olub ki, yerli sakinlər tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı İmamqulubəyli kənd sakini, 1955-ci il təvəllüdlü Gözəlov Bəyəndik Yəhya oğludur.

 

Kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ciddi xəsarətlər alan B. Gözəlova ilkin tibbi yardım göstərildikdən sonra, o, Bərdə MRX-ya göndərilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

 

Şahidlərin sözlərinə görə. hadisəni VAZ-2107 markalı minik maşını törədib. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 833

Oxşar yazılar