Ağdamda minaya düşən çoban öldü – YENİLƏNİB
09 iyul 2014 16:36 (UTC +04:00)

Ağdamda minaya düşən çoban öldü – YENİLƏNİB

0

Bu səhər minaya düşən Azərbaycanın mülki vətəndaşı dünyasını dəyişib. Lent.az-ın “anspress”ə istinadən xəbərinə görə, Yevlax rayonunda çoban işləyən Mirzə Vəli oğlu Həmzəyev yerləşdirildiyi hospitalda dünyasını dəyişib.


Qeyd edək ki, minaya düşən Mirzə Vəli oğlu Həmzəyev 1964-cü il təvəllüdlüdür. Onun Yevlax rayonundan gəldiyi bildirilir.

O, Ağdama oğlunun yanına gəlibmiş. Mirzə Həmzəyev ərazini yaxşı tanımadığı üçün neytral zonaya keçib və minaya düşüb. 

 

***

11.43

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mülki şəxs minaya düşüb.


 

APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb.

 

Cəbhə xəttində qoyun otaran Yevlax rayon sakini, 1964-cü il təvəllüdlü Mirzə Vəli oğlu Həmzəyev minaya düşərək ağır yaralanıb. Onun vəziyyətinin kritik olduğu bildirilir.

 

Ağdam rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1547

Oxşar yazılar