Ağdamda 11 yaşlı uşağı maşın vurub
20 iyun 2014 19:37 (UTC +04:00)

Ağdamda 11 yaşlı uşağı maşın vurub

0

Ağdam rayonunun Əhmədağalı kəndində 11 yaşlı uşağı maşın vurub.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon sakini Əhliman Vəliyev idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə sözügedən kənddə yerləşən şadlıq sarayının qarşısında toydan çıxan Abışov Vüsal Elman oğlunu vurub.

 

Sürücü bədən xəsarəti alan azyaşlını dərhal Ağdam MRX-ya çatdırıb. Yaralının vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 775

Oxşar yazılar