Ağacdan yıxılaraq xəsarət almış Xaçmaz sakini vəfat edib.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 17-də Xaçmaz rayonunun Qoçaqlı kəndində yaşayan Xalidə Süleymanova həyətində gilas yığarkən ağacdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş X.Süleymanova iyunun 22-də orada ölüb.
Araşdırma aparılır.