Ötən gün Cəlilabad rayonu ərazisində Cəlilabad-Göytəpə yolunda sürücünün idarəetməni itirməsi və avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən bildirir ki, bu zaman avtomobil yoldan keçən Göytəpə şəhər sakini 1984-cü il təvəllüdlü Əliyev Ruslan Əlisəfa oğlunu vurub, nəticədə piyada ciddi xəsarət alıb.
DSX-nin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin “Ambulance” tibb avtomobili hərbi hissəyə qayıdarkən yol-qəza hadisəsinin baş verməsini müşahidə edib, dərhal hərbi həkim tərəfindən ilkin təcilli tibbi yardım göstərilib və piyada Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Nəticədə R.Əliyevin həyatını xilas etmək mümkün olub.