Ağac avtomobilin üstünə düşdü, sürücü öldü
30 may 2016 13:45 (UTC +04:00)

Ağac avtomobilin üstünə düşdü, sürücü öldü

0

Şəmkir rayonunda faciəvi hadisə  baş verib.

 

Lent.az-ın  DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 28-də Şəmkir rayonunun Seyfəli kəndində rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas adlı şəxs kənd sakini M.Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik ağacı kəsiblər. Həmin ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin üzərinə düşüb. R.İsmayılov hadisə yerində ölüb.

 

K.Bədəlov və R.Məmmədov Şəmkir RPŞ əməkdaşları tərəfindən tutulublar.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar