Mayın 29-da Bakı şəhər sakini Ələsgər Dadaşovun üzərində zorakılıq əlamətləri olan meyiti Binəqədi rayonu ərazisindəki mənzilində tapılıb. Lent.az-ın DİN-nin saytına istinadən verdiyi xəbərə görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Səfər Əliyev saxlanılıb.