Azərbaycanın Abşeron rayonunda dəhşətli faktın üstü açılıb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, oktyabrın 20-də, Abşeron rayonunun Görədil kənd sakini 45 yaşlı Orduxan Muxtarovun ailə üzvləri onun evində yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat veriblər.
Həyata keçirilən tədbirlər nəticəsində O. Muxtarovun bədbəxt hadisə nəticəsində deyil, oğlu, 23 yaşlı Ceyhun Muxtarov tərəfindən qətlə yetirildiyi məlum olub.
Hadisəni törətməkdə təqsirli bilinən C. Muxtarov saxlanılıb.
Hazırda faktla bağlı əməliyyat-istintaq hərəkətləri davam etdirilir.