ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyət işləri üzrə müşaviri Stefan Qais və səfirliyin mətbuat katibi Conas Stüart “APAHolding”də olub.
APA-nın məlumatına görə, “APAHolding” MMC-nin prezidenti Vüsalə Mahirqızı və “APA Holding” MMC-nin Direktorlar Şurasının sədri Nurşən Quliyevlə görüşdə Azərbaycanın media sektorunda mövcud durum, reklam bazarı, “online-media”nın inkişafı, səfirliklə holdinq arasında əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
V. Mahirqızı holdinq haqqında ətraflı məlumat verib.
Sonda səfirlik əməkdaşları ofisin otaqlarını gəzib, holdinqə daxil olan qurumların fəaliyyəti ilə yaxından tanış olublar.