ABŞ 4 terrorçunun başına 18 milyon mükafat qoyub
14 iyun 2014 02:29 (UTC +04:00)

ABŞ 4 terrorçunun başına 18 milyon mükafat qoyub

0

ABŞ Dövlət Departamenti Şimali və Qərbi Afrikada baş verənlərə təsir göstərən 4 terrorçunun yerini bildirənə 18 milyon dollarlıq mükafat verəcəyini elan edib.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Dövlət Departamentindən yayılan yazılı açıqlamaya əsasən, Xalid əl-Barnaui, Hamad əl-Xeyri və Əhməd əl-Tilemsi adlı terrorçuların yerinin bildirilməsi qarşılığında onların hər biri üçün 5 milyon dollar veriləcək.

 

Departament bəyan edib ki, onlar “əl-Qaidə” terror təşkilatı ilə bağlıdır. Onlar Niger, Nigeriya və Mavritaniya arasındadır. Həmin terrorçuların qərbliləri hədəfə aldığı bildirilib.

 

4-cü terrorçu isə Əbu Yusif əl-Mühacirdir. Onun Misirdə olduğu ehtimal edilir. Əbu Yusif əl-Mühacirin tutulması üçün məlumat verənə 3 milyon dollar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1006

Oxşar yazılar