Şamaxıda 30 ha biçilməmiş taxıl sahəsi yandı
02 iyul 2018 05:32 (UTC +04:00)

Şamaxıda 30 ha biçilməmiş taxıl sahəsi yandı

Şabran və Şamaxıda yanğın olub. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Şabran rayonunda 640 ha biçilmiş taxıl sahəsi, 60 ha quru ot, kol-kos və 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı meşə zolağı və tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 

 

Şamaxı rayonunun Mədrəsə qəsəbəsində 30 ha biçilməmiş, 30 ha biçilmiş taxıl sahəsi və 15 ha quru ot yanıb. Digər əkin  sahələri və yaxınlıqda olan meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Oxşar yazılar