"Qara polkovnik"in oğlu Bakı İstintaq Təcridxanasına köçürüldü
26 may 2015 12:56 (UTC +04:00)

"Qara polkovnik"in oğlu Bakı İstintaq Təcridxanasına köçürüldü

Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülüb.


 

Bu barədə APA-ya məlumat verən A. Hüseynovun vəkili Kamandar Nəsibov bildirib ki, yaxın günlərdə A. Hüseynovla görüşəcək.

 

Qeyd edək ki, A. Hüseynov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə təqsirləndirilən A. Hüseynovun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, A. Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur. F. Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 94
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21