Tovuzda Hacıqabul sakininə zor tətbiq edərək pulunu və mobil telefonunu almış şəxslər tutulub.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, yanvarın 17-də Tovuz rayonunda yerləşən Qovlar dəmir yolu stansiyasında şəxsiyyəti məlum olmayan 3 nəfər Hacıqabul rayon sakini Şirinbala Əliyevə zor tətbiq edərək 227 manatını və mobil telefonunu alıb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Valeh Qafarov və Elşən Alıyev tutulublar.